• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2329
— 17.12.2018 10:00

Çin alimləri ayda kartof əkib

Çin ilk dəfə Ayın uzaq tərəfinə rover göndərib və bəyan edib ki, bununla da Ay peykinin tədqiqində yeni bir fəsil açılıb. Chang'e-4 aparatı Çinin cənub-qərbindəki Siçanq kosmodromundan Uzun Mart 3B raketi vasitəsi ilə havaya qalxıb, tədqiqat başa çatdıqdan sonra aparatın Yerə dönəcəyi gözlənilir. Çin Xalq Respublikasının dövlət mediasından bildirilib ki, artıq tədqiqatlar başlayıb. Çin dövləti 6, xarici sifariş olaraq isə 4 təcrübə keçirəcək. Eyni zamanda Ayda artıq kartof və digər toxumlar əkilib.

Bundan əvvəl isə 2013-cü ildə Çin ilk kosmik aparatı Yutu-nu Ayın səthinə endirmişdi. Həmin aparat 2 il ərzində Yerin təbii peykinin müxtəlif yerlərində araşdırmalar aparmışdı.