• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 15.12.2018 15:50

Şəhid hərbçi Ülfət Kərimov Kəlbəcər rayon Mədəniyyət sarayında anılıb

KepezTV Player

Şəhid hərbçi Ülfət Kərimovun keçdiyi döyüş yolunun və vətənə olan sevgisinin gənc nəslə örnək olması Kəlbəcər rayon Mədəniyyət sarayında tədbir keçirilib. Rayon şəhidlər kompleksini ziyarətlə başlayan tədbir Ülfət Kərimovun həyatına həsr edilən sərgiyə baxışla davam edib. “Azərbaycan bayrağı” ordenli, döyüş yoldaşları arasında tək canavar, Mixaylo kimi tanınan kəşfiyyatçı Kəlbəcərdə doğulub boya-başa çatıb. Ülfət Kərimov erməni qəsbkarlarına qarşı döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, əsir götürüb, eləcə də çoxlu sayda texnikasını ələ keçirib və məhv edib. Təbdirdə vurğulanıb ki, şəhid hərbçi 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib. Əhalinin kəndi sağ-salamat tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarı yaxınlığında düşmən tankını məhv edərkən şəhid olub. Onun həyatı və döyüş yolunun gənclər üçün əsl qəhrəmanlıq səlnaməsi olduğuna diqqət çəkilib. Sonda Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyi tərəfindən Azərbaycan xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş medal şəhidin anası Fatma Kərimovaya və Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədova təqdim edilib.