• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 15.12.2018 15:56

Gəncədə Yeni ilin simvolu olan şam ağacının qurulmasına başlanılıb

KepezTV Player

Şəhərin baş meydanında qurulan yolkanın hündürlüyü 21 m metrdir. Şəhərin ən hündür yolkası işıqlandırma sistemi və effektlərlə yanaşı 500-dən çox müxtəlif  oyuncaqlarla bəzədiləcək. Baş meydanda eləcə də məhsulların tanıtımı və satışı üçün yeni il yarmarkasının təşkili məqsədilə 10 ədəd kiçik evlər də qoyulub. Şaxta baba da balacaları öz evində salamlayacaq. Yanvarın 15-nə kimi davam edən yeni il proqramında hər gün şəhər mədəniyyət idarəsinin təşkilatçılığı ilə şou və musiqili proqramlar da olunacaq. Dekabırın 31-də isə Şəhər sakinləri Baş Meydana toplaşmaqla yeni ili şou proqramla qarşılaya biləcək.

Zakir Qasımov Heydər Əliyev adına meydanın nəzarətçisi: “Yolka qurulur. Bu yolkanın ətrafı da Gəncə şəhər əhalisinin böyükləri və kiçikləri üçün əyləncə mərkəzi olacaqdı. Şaxtaba, qarqız bu yolkanın ətrafında duracaqlar. Azyaşlılarda, böyüklərdə əylənib, şəkil çəkdirə biləcəklər”.

Sevinc Hüseynova təşkilatçı:  “Yeni il yarmarkası üçün nəzərdə tutulan hər bir məhsul burada olacaqdır. İstər yen il oyuncaqları, istər yeyinti məhsulları, istər hədiyyələr hamısı nəzərdə tutulub. Yeni ilə aid hec bir qiymət artımı olmayacaqdır”.

Elnur Vahidoğlu