• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 15.12.2018 13:56

Tovuz rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib

KepezTV Player

Bu dəfə yaşadıqları kənddə ilk dəfə mavi yancağın verilməsinə sevinənlər Tovuz rayonunun Hunanlar və Əhmədabad kəndlərinin sakinləri olub. “Azəriqaz” tərəfindən ümumilikdə 620 evdən ibarət olan kəndlərin qazlaşdırılması birpilləli sistem əsasında reallaşıb. Bunun üçün 51 km-ə yaxın daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndlərə qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə hazırda rayon mərkəzi və Qovlar şəhəri də daxil olmaqla 58 yaşayış məntəqəsinin qazla təchiz edildiyini vurğulanıb. Rayon üzrə abonentlərin sayı isə 33 minə yaxındır. Yaxın vaxtlarda digər dağ kəndlərinin də qazlaşdırılması mərhələli şəkildə həyata keçiriləcək. Rəsmi hissədən sonra kəndlərə mavi yancağın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb. Evlərdə qaz cihazlarına baxış keçirilib.

Afət Abbasova sakin: İndiyədək odun yancağından istifadə edirdik. Uşaqlarımız məktəbə gedəndə vaxtlı-vaxtınd ayeməyini hazırlaya bilmirdik. Çox çətin olurdu. İndi hökümətimizdən dövlətimzidən dövlət başçımızdan çox razıyıq. Bizi mavi yanacaqla təmin edib. İndi evimizin istiliyi normaldır. Qaz sobamız yanır. Yeməyimiz çayımız vaxtında hazır olur.

Fərmayıl Cəfərov sakin: Əvvəllər evlərin isinməsində uanacaq sobalarında odundan istifadə edirdik. Buda təbii ki bizim iş vaxtına maneçilik yaradırdı. Mən özüm müəlliməm işdən gələndə ailədə çətinlik yaşanırdı. Bu həm iqtisadi cəhətdən insanlarınb cibinə ziyanlıq verib həmdə təbii ki bu insanlara problem yaşadıb. Bu gün kənddə hamının sevincinin həddi hüdudu yoxdur. Ona görə ki uzun müddət həsrətini çəkdiyimiz mavi yanacaq kənddə verilir.

Natiq Hüseyn