• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1159
— 14.12.2018 13:36

Maşın dərəyə yuvarlandı, 2 nəfər yaralandı

KepezTV Player

Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 22-ci km-liyində, Şəkinin Şəki kəndi ərazisində də qəza qeydə alınıb. Şəki sakini 37 yaşlı Samir Qasımov Mersedes markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yolun kənarına yuvarlanıb. Sürücü dərhal Şəki RMX-na çatdırılıb. Ona sağ ciyərin və döş qəfəsinin qapalı travması diaqnozu qoyulub, müalicəsi davam etdirilir. Avtomobildə olan sərnişin 23 yaşlı Səlimov Elmin isə qəzadan yüngül xəsarətlərlə xilas olub. Faktla bağlı araşdırma aparılır.