• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 14.12.2018 13:40

Maşın ağaca çırpıldı, sürücü yaralandı

KepezTV Player

Gəncədə yol qəzası baş verib. Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Cavid Beybutovun sükanı arxasında olduğu VAZ 2107 markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Daha sonra yaxınlarının təkidi ilə özəl xəstəxanalardan birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.