• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 14.12.2018 10:02

Jeep Wrangler və Fiat Panda kraş-testlərdən bir yerdə 1 ulduz qazandılar

Avropanın yeni avtomobillərin təhlükəsizliyini qiymətləndirmə təşkilatı - Euro NCAP növbəti kraş-testlərini keçirib. Iştirakçılarsa Fiat Panda kompaktveni və Jeep Wrangler yolsuzluq maşını olub. Hər iki model autsayderlər siyahısına düşüb və ikisi birlikdə cəmi 1 ulduz əldə edə bilib. Mütəxəssislər ümumilikdə 9 yeni model sıradan çıxarıblar. 1 ulduz qazanan Jeep Wranglerdə sürücünün ön hissəsi zəif qorunur, həmçinin ön toqquşma zamanı ayaqlar yaxşı müdəfiə olunmur. Arxadakı sərnişin isə ümumiyyətlə istənilən güclü toqquşmada özünü qoruya bilməyəcək. Bu maşında heç uşaq oturacağı da təhlükəsiz deyil. Piyadalarsa Jeep Wranglerin qabaq hissəsi ilə toqquşsalar ciddi zədə ala bilərlər. Fiat Panda modelinə gəldikdə, o ümumiyyətlə xal qazana bilməyib. Buna qədər təşkilatın qiymətləndirməsində ulduz qazanmayan digər maşın da Fiatın idi: Fiat Punto. İndi isə Fiat Panda sınağa çəkilib və müəyyən olub ki, Panda öndən toqquşarsa içəridə böyüklü, kiçikli hər kəsin baş və sinədən ciddi zədə almaq ehtimalı yüksəkdir. Qalan 7 model maksimal - 5 ulduz qazanmağa nail olub. Bunlar Audi Q3, BMW X5, Hyundai Santa Fe, Jaguar I-Pace, Peugeot 508, Volvo V60 və Volvo S60-dir.