• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 14.12.2018 10:01

NASA və Roskosmos “Dəmir adam”ın xilası üçün edilən müraciətlərə reaksiya verdi

Artıq bir neçə gündür sosial şəbəkələrdə kütləvi şəkildə kosmik agentliklərə qeyri-adi müraciətlər daxil olur. İnsanlar NASA, Roskosmos və SpaceX şirkətlərindən Dəmir adam Toni Starkı təcili xilas etmək üçün addımlar atmağa çağırıblar. Belə bir fləşmobun ortaya çıxmasına Qisasçılar filminin Final seriyasının treyleri səbəb olub. Belə ki, Marvel superqəhrəmanlarına həsr olunmuş filmin yeni treylerində Toni Starkın açıq kosmosda köməksiz vəziyyətdə olduğu göstərilir. Onun xilas olmaq ümidləri tükənir və kosmik gəmidə qeydə aldığı mesajda bildirir ki, içəridə hava az qalıb. Sevimli qəhrəmanlarının mümkün ölümünə imkan verməmək üçün fanatlar mütəxəssislərə müraciət etmək qərarına gəliblər. İlk ümid yeri NASA olub. Bəziləri isə hətta Roskosmos və SpaceX şirkətlərinə xahiş etməkdən çəkinməyiblər. Nəticədə NASA istifadəçilərin aktivliyini nəzərə alıb və cavab verib. Agentliyin mikrobloqunda paylaşılıb ki, Toni Starkın mesajı Yerə hələlik gəlib çatmayıb və buna görə olduğu yeri müəyyənləşdirmək mümkün deyil. “Əgər əlaqə qurmaq alınmasa o zaman kosmosda skan yolu ilə “Dəmir adam”ı tapmağa çalışacağıq”. Roskosmosdan da Qisasçılar filminin fanatlarına cavab gəlib. Onlar bildiriblər ki, kosmonavt Sergey Prokopyev və Oleq Kononenko açıq kosmosda Starkın yerini müəyyənləşmək üçün əllərindən gələni edəcəklər.