• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1033
— 13.12.2018 10:41

Marsdan Yerə ilk səs gəldi

NASA-nın noyabrda Marsa uğurla enən InSight adlı araşdırmaçı zondu ilk dəfə Qırmızı planetin səsini qeydə alıb. Aparatın sensorlarının göndərdiyi səsdə külək əsməsi eşidilir. O, şimal-qərbdən cənub-şərqə tərəf saniyədə 5-7 metr sürətlə əsib. InSight missiyasının rəhbəri Bryus Banerdt Marsdan gələn səsi “planlaşdırılmamış həzz” adlandırıb. Yad planetin aşağı tezlikli səsini daha da aydın eşitmək üçün qulaqlıqlar taxmaq məsləhət görülür.