• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 13.12.2018 10:31

Waymo şirkəti dünyanın ilk pilotsuz taksi servisini istifadəyə verdi

Google şirkəti daxilində bir layihə kimi başlamış, pilotsuz avtomobillərin hazırlanmasına 10 il vaxt sərf etmiş və daha sonradan onların il yarım ərzində testini aparmış Waymo şirkəti sonunda dünyanın ilk kommersiya məqsədli pilotsuz taksi servisini istifadəyə verir. Şirkətin pilotsuz taksi servisi Waymo One adlanır. Bir neçə müddət bundan öncə şirkətdən söz verilmişdi ki, özünün pilotsuz taksi servisini bu ilin sonuna kimi istifadəyə verəcək. Nəticədə şirkət öz sözünü tutdu. Buna baxmayaraq dünyanın ilk pilotsuz taksi servisi hələlik çox az sayda insanlar üçün istifadəyə verilib. 2017-ci ilin aprel ayından şirkət öz pilotsuz avotmobillərini könüllü sərnişinlər arasında test edirdi. Həmin test səyahətlərində insanlar pulsuz şəkildə taksi servisindən istifadə edir və bu xidmətin daha da təkmilləşdirilməsi üçün şirkətə öz tövsiyyələrini verirdilər. İndi isə həmin sərnişinlər şirkətin pilotsuz taksilərini ödənişli şəkildə sifariş edə bilərlər. Waymo şirkətinin rəhbəri Con Krafsik (John Krafcik) əmin edir ki, müəyyən müddətdən sonra servis daha çox insana öz xidmətlərini təqdim edəcək. Bu, şirkətin daha çox avtomobil əldə edəcəyi vaxtda baş verəcək. Con Krafsik bunun nə zaman olacağı barəsində isə dəqiq bir məlumat verməyib. Hazırda şirkətin Chrysler Pacifica markalı pilotsuz taksiləri Arizona ştatının paytaxtı Feniks şəhərində və onun ətrafında fəaliyyət göstərir. Taksilərin tamamilə avtomatlaşdırılmış sistemə sahib olmalarına baxmayaraq indiki mərhələdə maşınların ön oturacağında hər ehtimala qarşı real sürücü oturur. O, ekstremal vəziyyətdə idarəetməni öz üzərinə götürə bilər. Bununla yanaşı ştatın hakimiyyəti yaxın zamanda taksilərə sürücüsüz fəaliyyət göstərməyə icazə verməyi planlaşdırır.