• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1379
— 12.12.2018 14:28

Avropanın İdman Şəhəri titulunun rəsmi bayrağı Gəncəyə gətirilib

KepezTV Player

“Avropanın İdman Şəhəri” titullarını qazanan şəhərlərin rəsmi təltifolunma mərasimində Gəncəyə təqdim olunan bayraq artıq Nizami yurdundadır. Bayraq Belçikada titulları qazanan şəhərlərin rəsmi təltifolunma mərasimində ölkəmizi təmsil edən nümayəndə heyətinə təqdim olunub. 2019-cu il üçün qitənin İdman Şəhərləri sırasında yer alan Gəncədə bu ad altında ayrı-ayrı idman növləri üzrə çoxlu sayda Respublika və beynəlxalq səviyyəli yarışların, veloyürüşlərin, marafonların və festivalların keçirilməsi nəzərdə tutlub. Məhz belə müxtəlif idman tədbirlərində Avropanın İdman şəhəri titulunu əks etdirən rəsmi bayrağı nümayiş olunaraq dalğalanacaq.

 

 

Orxan Cəfərzadə