• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 12.12.2018 14:26

Azərbaycan Dövlət Aqrar Universitetində də Ulu öndər anılıb

KepezTV Player

Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan dahi şəxsiyyət Heydər Əliyevin xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxardığına, onun rəhbərliyi ilə həyata keçirilən islahatların ölkədə dinamik və davamlı inkişafının bünövrəsini yaratdığına diqqət çəkilib. Böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanan neft strategiyasının həyata keçirilməsinin parlaq nəticələr verdiyinə diqqət çəkilib. Ulu öndərin müəllifi olduğu aqrar islahatlar kursunun, kəndlini torpağın əsl mülkiyyətçisinə çevrilməsi, kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunması və digər istiqamətlərdə verilən qərarların aqrar sahənin inkişafına böyük təkan olduğu vurğulanıb.