• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2450
— 12.12.2018 14:33

Bölgələrdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

KepezTV Player

Qərb bölgəsinin digər rayonlarındada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Ulu öndərin xalqa və dövlətə xidməti xoş xatirələrlə yada salınıb.

Şəmkirdə rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb. Dünya şöhrətli siyasətçinin əbədiyaşar xatirəsinə sonsuz ehtiramlarını ifadə ediblər. Heydər Əliyevin Şəmkirə etdiyi səfərlər, ziyalılar və zəhmətkeşlərlə görüşləri xoş xatirələrlə yada salınıb. Ulu öndərin təşəbbbüsü ilə Şəmkirdə inşa olunan strateji obyektlər hazırda ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafı da məhz ulu öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin də Şəmkirə və şəmkirlilərə xüsusi qayğısı vurğulanıb.  

Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı Göygöldə tədbir keçirilib. İctimaiyyət nümayəndələri dahi şəxsiyyətin abidəsi önünə gələrək, ümummilli liderin xatirəsinə ehtiramlarını bildirdilər. Rayon sakinləri Göygölün respublikanın kənd təssərrüfatı rayonlarından birinə çevrilməsində, sənayenin inkişafında ulu öndərin xidmətləri minnətdarlıqla xatırlanıb. Göygöldə son illər əldə olunan sosial iqtisadi uğurların ulu Heydər Əliyev siaysətinin layiqli davamçısı prezident İlham Əliyevin qətiyyəti nəticəsində əldə olunduğu önə çəkilib.

Samux rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədər təşkil olunan tədbirdə Ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə hörmət nümayiş etdirilib. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələri, problemləri mərdliklə həll edən millət fədaisi kimi xatırlanıb. Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatında keçirilən tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa ilə başlayıb. Anım mərasimində dahi şəxsiyyətin uzaq görən siyasəti nəticəsində əldə edilən uğurlardan danışılıb, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Samuxda da inkişaf templəri nümayiş etdirdiyi vurğulanıb.  

Ümummilli liderin xatirəsi Goranboyda da anılıb. Minlərlə sakin Heydər Əliyevin abidəsi önünə əklil və gül düzərək ömrünü xalqın xoş gününə, dövlətin inkişafına həsr edən insana ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev mərkəzində görkəmli dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən sərgiylə tanışlıq olub. Anım tədbirində çıxış edənlər ulu öndərin ölkəmizin inkişafı üçün həyata keçiridyi layihələrdən danışıblar. Qeyd olunub ki, nə qədər ki, azərbaycan xalqı var, Heydər Əliyevin işıqlı xatrəsi də o qədər yaşayacaq.  Çıxışlarda ölkə başçı İlham Əliyevin rəhbərliyi altında Goranboyda reallaşan iri miqyaslı layihələr barədə də ətraflı məlumat veirlib.

Ulu öndər Heydər Əliyevin xatirəsi Qazax rayonunda da ümumxalq sevgisi ilə anılıb. Dahi şəxsiyyətin abidəsini ziyarət edilib, ruhuna dualar oxunub. Heydər Əliyev mərkəzində ümummili liderin həyat və fəaliyyətinin bütün dövlərini əks etdirən eksponatlarla tanışlıq olub. Nümayiş etdirilən filmdə böyük siyasətçinin həyat və fəaliyyəti öz əksini tapıb. Azərbaycanın qərb qapısı olan Qazaxda həyata keçirilən infrastruktur layihələri, eləcə də ulu öndərin rayon ictimayyəti ilə görüşləri xoş xatriələrlə yada salınıb.

 

Natiq Hüseyn