• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1341
— 12.12.2018 14:30

Gəncədə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

KepezTV Player

Gəncədə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib. Səhər saatlarından başlayaraq ictimaiyyət nümayəndələri şəhərin baş  meydanına axın edib, dahi öndər, əbədiyaşar liderə öz ehtiramlarını nümayiş etdiriblər. Anım tədbirində Azərbaycanın qurucusu, xalqın xilaskarı, Ümummilli liderin heykəli önünə çiçəklər düzülərək ulu öndərin xatirəsi anılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Gəncəyə tarixi  səfərləri, çətin günlərdə xalqla nümayiş etdirdiyi həmrəylik, Gəncə və Gəncəlilərə olan sevgisi, məhəbbəti minnətdarlıqla xatırlanıb. Ölkənin ikinci böyük şəhərinin günü-gündən çiçəklənən və inkişaf edən şəhərə çevrilməsində ulu öndər siyasətinin əhəmiyyəti vurğulanıb.

İbrahim Cəfərov - ADAU-nun rektoru – “Gəncəyə ümummilli liderin xüsusi diqqəti olubdur. Onun birinci eləcədə ikinci hakimiyyəti dövründə ölkənin ən böyük sənaye mərkəzlərindən birinə çevrilibdir, elm, mədəniyyət mərkəzinə çevrilibdir. Bu gün müstəqilliyimizin xilaskarı, dövlətimizin xilaskarı Heydər Əliyevdir. Neçə ki, Azərbaycan xalqı var Heydər Əliyev yaşayacaq”.

 

Elnur Vahidoğlu