5 şəxsin saxta sənədlərlə dövlət sərhədindən keçmələrinin qarşısı alınıb. Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub. Bundan başqa, Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların,Ərbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib. Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı Çaudhari Ravindrakumarın isə Azərbaycana elektron vizasının saxta olması aşkar olunub. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
- Baxış: 631