• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2100
— 12.12.2018 13:18

Mübahisə qanla yekunlaşdı

KepezTV Player

Bakının Nərimanov rayonunda qanlı hadisə baş verib. 29 yaşlı Ayaz Məmmədovun küçədə tanımadığı şəxslə mübhisəsi düşüb. Tərəflər sakitləşib öz yollarına davam ediblər. Daha sonra naməlum şəxs qəfildən arxadan Ayaz Məmmədova yaxınlaşıb və ona bıçaq zərbələri endirərək hadisə yerindən uzaqlaşıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırlıb. Həkimlər Ayaz Məmmədovun bel və bud nahiyyələrində bıçaq xəsarətlərinin olduğunu bildiriblər. Yaralı əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olduğundan polis əməkdaşları onun ifadəsini ala bilməyiblər. Faktla əlaqədar araşdırmalara başlanılıb.