• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 11.12.2018 15:58

Gəncə Dövlət Dram Teatrında bu il təhvil veriləcək sonuncu tamaşanın məşqləri gedir

KepezTV Player

Bu səhnə əsəri teatrın  il ərzində tamaşaçılara təqdim edəcəyi altıncı tamaşadır.

Teatrın yaradıcı heyəti  Xəzangül Hüseynovanın “Xərabət gözəli” əsəri üzərində məşqlərini edir. Artıq iki aya yaxındır ki, məşqləri gedən səhnə əsərində Azərbaycanın görkəmli qadın şairəsi Məhsəti Gəncəvinin həyatı, yaradıcılığı öz əksini tapıb. Quruluşçu rejissoru Elşad Əhmədov olan tamaşanın rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı isə Tünzalə Mustafayevadır.

Elşad Əhmədov rejissor:  “Məhsəti obrazını tam  həmişəkidən fərqli olaraq biz ortalığa çıxartmaq istəmişik. Burada Əmir Əhməd və Məhsəti dastanı var  ki, bu dastanın nüsxəsi Əlyazmalar İnistitundadır. Məhsətinin həyatını, onun necə Gəncədən qovulmağı, necə mübariz xanım olmağı, cəmiyyətin tərəqqisi eləmisi üçün necə canfəşanlıq eləməyi göstərilir”.

Tamaşada Məhsəti obrazını Günay Cabbarova, Əmir Əhməd obrazını isə Ruslan Həsənov canlandırır. Digər rollarda Emin Salmanov, Sevinc Hüseynova, Könül Kazımova və digər gənc aktyorlar iştirak edir.

Günay Cabbarova aktrisa:  “Məhsəti Gəncəvi həm musiqisevər olub, həm şairə olub şer yazıb özü şer ifa edib, rəqs edib, yəni bunların hamısını biz çalışmışıq ki, insanlara çatdıraq. Həmçinin onun böyük ülvi məhəbbəti olur. O Əmir Əhmədə aşıq olur. Hər bir sevgidə problem olduğu kimi burada da problemlər yaranır. Amma buna baxmayaraq bunlar sevgisinə qovuşur”.

Ümumilikdə bu il teatr üçün uğurlu olub. Yaradıcı kollektiv Türkiyə və Gürcüstanda keçirilən festivallara qatılıb və oradan mükafatlarla qayıdıb.

Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru:  “Onlardan biri Tuncer Cücenoğlunun “Matruşka” əsəri  oldu ki, bu əsərə quruluşu Elşad Əhmədov verib. Həmin əsərlə Türkiyaədə qastrol səfərdə olduq. Hətta həmin tamaşanın premyerasında müəllifin özü gəlib Gəncədə baxdı. Tamaşa yüksək səviyyədə hazırlanmışdı. Onun ardınca Gürcüstanda keçirilən Nodar Dumbadze festivalına qatıldlq. Burada da bizim tamaşa yüksək səviyyədə nümayiş olundu”.

Xranometrajı 1 saat 15 dəqiqə olan  “Xərabət gözəli” tamaşası bu ayın sonuna təhvil veriləcək.

Elnur Vahidoğlu