• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 11.12.2018 15:46

Şəmkirdə Çindən gətirilən tut tinglərinin əkini başa çatıb

KepezTV Player

Çindən gətirilən 1 milyon tut tingindən 20 min ədədi Şəmkirli fermerlərə paylanıb. Tinglərin əkini aqrotexniki qaydalara əməl olunmaqda rayonun 31 yaşayış məntəqəsində aparılıb. Ən böyük kəndlərdən olan Seyfəlidə çəkil əkini üçün 5 hektar ərazi ayrılıb. Yerli fermerlər tut tinglərindən 4 min ədədini bu ərazidə basdırıblar. Ümumilikdə Şəmkir rayonunda bu il 46 min  çəkil tinginin əkini nəzərdə tutulub. Bunlardan 20 mini xaricədən gətirilsə də 26 mini Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən veriləcək. Artıq sözügedən nazirlik tərəfindən Şəmkir rayonuna verilən 8 min ədəd tut  tinginin əkini başa çatdırılıb. İlin sönunadək rayon ərazisində daha 18 min tut tinginin əkini planlaşdırılır. Ötən mövsümr rayon ərazisində 80 min ədəd tut tingləri əkilib.

Fazil Həsənov fermer: 2017-2018 ci ildə biz barama istehsal edib Şəki İpək Zavoduna təhvil verdik. Bu sahəni daha da inkişaf etdirmək üçün yem bazası yaratmaq lazımdır. Bunun üçün Çin Xalq Respublikasından çəkil tinglərinin kütləvi sürətdə basadırılmasını aparırıq. Bu tinglərinin suvarılmasında və becərilməsindən də yaxından iştirak edəcəyik.

Natiq Hüseyn