• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 967
— 11.12.2018 13:50

Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

KepezTV Player

Dövlət Gömrük Komitəsinin  Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Əvvəlcə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib və nəqliyyat vasitəsinin sol tərəfinin ön və arxa qapılarından, ön tərəfin sağ və sol qanadlarının altından 1 140 ədəd pirotexniki vasitə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.