• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 11.12.2018 13:59

Rusiyadan Azərbaycana gələn avtomobildə 75 ədəd güllə aşkarlanıb

KepezTV Player

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Lexus LX 570" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının arasındakı qolaltı sandıqçada olan bir ədəd şəffaf politelin paketin içərisindən, arxa tərəfində 75 ədəd güllə aşkarlanıb.Faktla bağla araşdırma aparılır.