• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2410
— 11.12.2018 13:55

Qəzada iki nəfər xəsarət aldı

KepezTV Player

Bakı-Qazax yolunun 186-cı kilometrliyində Kürdəmirin Çöhranlı kəndi ərazisində də qəza qeydə alınıb.Bakı sakini 27 yaşlı Aqil Kazımovun idarə etdiyi “PORŞE” markalı avtomobil 37 yaşlı Ağdaş sakini Elgiz İsmayılovun sükanı arxasında olduğu “HOVO” markalı yük maşınına çırpılıb. Nəticədə “Porşe”də olan Bakı şəhər sakini Tanrıverdi Niyazov və Gəncə sakini Məhəbbət Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.