KepezTV Player
Bakının Suraxanı rayorunun Zığ qəsəbəsi Rövşən Göyüşov küçəsində qəza qeydə alınıb. Tural İsmayılov idarəetdiyi Mercedes markalı avtomobillə avtobusdan düşüb yolu keçmək istəyən piyada 22 yaşlı İlkin Zamanovu vurub. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Sürücü isə idarəetməni itirərək avtomobili işıq dirəyinə çırpıb. Dirək yerindən qoparaq aşıb. Tural İsmayılov qəzadan sonra ərazidən qaçıb. Hadisə yerində polis əməkdaşları olublar. Meyid müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb.Faktla əlaqədar cinayət işi başlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.
- Baxış: 538