• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 11.12.2018 10:38

4499 dollarlıq kompüter dəsti təqdim olundu

Cemtrex şirkəti SmartDesk adlı kompüterli “ağıllı” stol təqdim edib. O, 3 ədəd 24 düymlük taçskrinli monitor, sensorlu panel, klaviatura, naqilsiz enerji, sənədlər skaneri və naqilsiz qulaqlıqlardan ibarətdir. Stolu istəyə görə qaldıraraq ayaq üstə, ya da oturaqlı şəkildə istifadə etmək olar. Leap Motion kontrolleri ilə personal kompüteri jestlərlə idarə etmək imkanı var. Mərkəzi və sağ monitorda video zənglər üçün 5 meqapiksellik veb-kamera quraşdırılıb. Stolun daxilində Windows 10 sistemli mini personal kompüter yerləşir. O özündə 8-ci nəsil Intel Core i7 prosessoru, 16 ya da 32 qiqabaytlıq DDR3 operativ yaddaşı, 256 QB həcmli SSD daşıyıcı, üstəgəl 1 terabayt disk, eləcə də GTX 1050 Ti videokartını birləşdirir. SmartDesk-in ümumi qiyməti 4500 dollardır. İlk çatdırılmalar ABŞ-da dekabrın sonlarından başlayacaq.