• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 11.12.2018 10:31

Falcon 9 raketi geri qayıdan zaman qəzaya uğrayıb

Amerikanın Florida ştatında yerləşən kosmodromdan Dragon kosmik yük gəmisini daşıyan "Falcon 9" raket daşıyıcısı fəzaya buraxılıb. Bu barədə "SpaceX" şirkətinin mətbuat xidməti məlumat yayıb. Deyilənə görə, Dragon yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya 2,6 ton yük çatdırmalıdır. SpaceX şirkətinin məlumatına əsasən Falcon 9 raket daşıyıcısı Dragon yük gəmisini BKS-ə buraxdıqdan sonra Florida kosmadromuna geri qayıdan zaman Atlantik okeanına düşüb. Şirkət rəhbəri İlon Mask Twitter-də yazıb ki, raket daşıyıcısının uğursuz enişi hidravlik nasosdakı problemlə bağlı olub. Falcon 9 raket daşıyıcısı bundan əvvəl noyabrın 15-da fəzaya buraxılıb.