KepezTV Player
Gəncədə dəm qazından boğulma faktı baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospekti, bina 115 A, mənzil 15 ünvanında qeydə alınıb. Şəhər sakinləri 16 yaşlı P.Ə. və 19 yaşlı Seymur Bağırov sonuncunun yaşadığı evin vanna otağında dəm qazından boğulublar. Hadisə baş verən zaman evdə Seymur Bağırovun nənəsi olub və o təcili tibbi yardım çağırıb. Zərərçəkənlər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıblar. Seymur Bağırovun artıq öldüyü müəyyən edilib. P.Ə. vəziyyəti isə orta-ağırdır.
Elnur Vahidoğlu
- Baxış: 983