• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 10.12.2018 14:35

Şəmkirli şagirdlər dünyaya sülh mesajları göndərdi

KepezTV Player

Şəmkir Gənclər Mərkəzində məktəblilərin iştirakı ilə “Dünyaya Sülh Mesajları” adlı tədbir keçirilib. Sülhü, təhlükəsizliyi və sabitliyi təbliğ edən tədbir Distant Təhsil Mərkəzində təhsil alan şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə reallaşıb. Azərbaycan dövlətinin sülhsevər siyasəti, xalqımızın məcburən müharibəyə cəlb edilməsi diqqət mərkəzində saxlanılıb. Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiya ilə davam edib. Onlar sülh, vətən və azadlıq mövzularında şeirlər səsləndirib, mahnılar oxuyub, dünya xalqlarının rəqslərini ifa ediblər, hər kəsi sülhə və mənəvi dəyərlərə sahib olmağa səsləyiblər. Sonda şagirdlər sülhə çağırış  olaraq havaya ağ göyərçinlər buraxıblar.  

İlhamə İbrahimova - tədbirin təşkilatçısı: Bu günkü tədbirimizdə Şəmkir Distant Təhsil Mərkəzinin uşaqlarıda iştirak etdi. İnanırıq ki onların cəmiyyətə adabtasiya olması üçün bu bir vasitə oldu. Onlar uşaqlarımızla birgə əyləndilər xoş anlar xoş istirahət keçirdilər. İnanırıq ki tədbirimiz yüksək səviyyədə həyata keçirildi. Həm qonaqlar həm də uşaqlar razı qaldılar. Qoy dünyada bütün uşaqlar xoşbəxt olsunlar.

 

Natiq Hüseyn