• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3132
— 10.12.2018 13:29

31 yaşlı kişi bıçaqlanaraq öldürüldü

KepezTV Player

Gəncənin Nizami prospektində, şəhərin girəcəyində qətl hadisəsi törədilib. Gəncə sakini, 31 yaşlı Elvin Katibli kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Goranboy rayon sakini Azər Nağıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.