• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2019
— 10.12.2018 10:01

Estonlar robotlaşdırılmış pilotsuz kuryer fikirləşiblər

Məhsulların avtomatlaşdırılmış şəkildə çatdırılması işilə məşğul olan Estroniyanın Cleveron şirkəti pilotsuz kuryer təqdim edib. Prototipin özəlliyi ekspeditora ehtiyac duymamasıdır. Çünki maşının robotlaşdırılmış əlləri bağlamaları sərbəst şəkildə postamata yerləşdirir. Pilotsuz kuryer əvvəlcə skladdan bağlamanı götürür, onu alacaq şəxsin evinə gedir və bağlamanı şəxsi postamata qoyur. Bundan sonra müştərinin mobil telefonuna çatdırılma ilə bağlı bildiriş gəlir. Yaradıcılar hesab edirlər ki, bu cür yanaşma ev sahibinin kuryeri gözləməyinə ehtiyac qalmır. Analoji furqonlar eston küçələrində 2020-ci ildən görünəcəyi bildirilir.