• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 10.12.2018 10:02

NASA Yer Kürəsi üçün ən təhlükəli olan asteroidin görüntülərini yaydı

Amerika Milli Kosmik Agentliyi (NASA) Bennu asteroidinin görüntülərini paylaşıb. Göy cismi potensial olaraq 2013-cü ildən Yer kürəsi üçün ən təhlükəli asteroid hesab edilir.

Asteroidi təxminən bir il ərzində öyrənməyi planlaşdırırlar, daha sonra isə kosmik zond tərəfindən sonrakı tədqiqat üçün Bennudan nümunələr götürəcək.

Massaçusets Texnologiya İnstitutundan olan alimlər asteroidin ölçüsünü 500 metr qiymətləndiriblər. Mütəxəssislərin hesablamalarına görə, o, 2182-ci ildə Yer kürəsinə yaxınlaşacaq. OSİSİS-REx kosmik stansiyasının Yer planetinə 2023-cü ilin sentyabrında qayıdacağı bildirilir.