• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2529
— 10.12.2018 10:03

PlayStation Classic-in satışı başlanır

Sony şirkəti PlayStation Classic oyun konsolunun Yaponiya və başqa ölkələrdə satışına başlayır. PlayStation saytının informasiyasına əsasən, yeni modelin sahiblərinə oyun konsolu ilə birgə öncədən quraşdırılmış 20 nostalji oyun əlçatan olacaq. Onların arasında Tekken 3, Grand Theft Auto, Metal Gear Solid və Rayman kimi oyunlar var. Kiçik ölçüdə hazırlanmış yeni oyun konsolunu asanlıqla cibə yerləşdirmək mümkündür. PlayStation oyun konsolunun ilk modeli 3 dekabr 1994-cü ildə satışa çıxarılıb, həmin modelin ölçüsü indikindən 45% böyük olub. Yeni PlayStation Classic oyun konsolunun çəkisi 170 qramdır.