• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1500
— 08.12.2018 15:06

Azərbaycanda keçirilən Türk filimləri həftəsi çərçivəsəsində Gəncədə də film nümayişi olub

KepezTV Player

Qardaş ölkənin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürk Türkiyənin mədəniyyət və turizm nazirliyinin və Yunus Emre İnstitunun birgə təşəbbüsü ilə həyata keçirdiyi bu mədəni layihəni hər iki ölkənin kinosevərləri üçün müsbət qiymətləndirib. Azərbaycanda türk film və seriallarının kifayət qədər izləndiyini diqqətə çatdıran konsul, bundan sonara da Gəncə kinoteatırlarında mütamadi olaraq türk filmlərinin nümayiş etdiriləcəyini bildirib. Daha sonra 1970-80-cillərdə türk gəncliyinin həyatından bəhs edən “Unutursan fısılda” filmi nümayiş olunub. Dram və komediya janırında olan film izləyicilərdə duyğulu anlar yaşadıb.

Zeki Öztürk Türkiyənin Gəncədəki baş konsulu:“ İki dövlət, bir millət olan xalqlarımız arasında əlaqələrin daha yaxın bir şəkildə inkşaf etdirilməsi üçün filimlərində mədəniyyət sahəsinə öz töhvəsini verəcəyinə inanıram. Mən bu axşam bizləri yalnız qoymayan izləycilərimizə, qonaqlarımıza təşəkkürümü bildiriərm.