• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2321
— 08.12.2018 15:01

Gəncə Dövlət Universitetində 10-11-ci sinif şagirdləri üçün olimpiada təşkil edilib

KepezTV Player

Gəncə Dövlət Universitetində 10-11-ci sinif şagirdləri üçün xarici dillər – ingilis dili, alman, dili, fransız dili və rus dili fənlərindən olimpiada təşkil edilib. Olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin xarici dillərə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə köməklik göstərməkdir. Olimpiadada Gəncənin 30 məktəbi, xüsusən universitetin baza məktəbləri, eləcə də Samux rayonundan 9, Goranboydan isə 4 məktəb təmsil olunub. Məktəblilərin biliyinin test üsulu ilə müəyyənləşdirildiyi olimpiada üçün suallar universitetin professor – müəllim heyəti tərəfindən hazırlanıb. Olimpiadanın testləri hər birində 50 sual olmaqla 2 variantda, 2 blokda-Azərbaycan və rus dillərində tərtib edilib. Olimpiada testlərinin nəticələri və qaliblər bir həftə ərzində elan ediləcək.