• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2505
— 08.12.2018 14:56

Şəmkirdə küçələrdən birinə xalq artisti Gülxar Həsənovanın adı veriləcək

KepezTV Player

Prezident İlham Əliyevin Azərbaycan opera sənətinin inkişafına dəyərli töhfələr verən görkəmli müğənni Gülxar Həsənovanın 100 illiyinin qeyd olunması haqqında imzaladığı sərəncama əsasən sənətəkarın doğulub boya başa çatdığı Şəmkir rayonunda tədbir keçirilib. Heydər Əliyev mərkəzində təşkil olunan tədbirdə Gülxar Həsənovanın şərəfli ömür yoluna nəzər salınıb. Rayonun Bayramlı kəndində anadan olan opera müğənnisi Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaradıb, uzun illər ərzində yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb. Gənc opera solistlərinin hazırlanmasında onun xidmətləri olub. Yüksək səhnə mədəniyyətinə malik sənətkar muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqisevərlərin qəlbində dərin izlər buraxıb. Tədbirdə Şəmkirin ən böyük küçələrindən birinə Gülxar Həsənovanın adı veriləcəyi də vurğulanıb. Yubiley tədbiri gənc xanəndələrin ifasında konsert proqramı ilə davam edib.

Mehriban Zəki xalq artisti: Gülxar Həsənova bizim yaddaışımızda bir pedaqoq xanəndə kimi  həkk olunub. Onun yetirmələri bu gündə opera sahəsində yüksək naliyyətlər əldə edib. Həmin tələbələrin tələbələri də artıq yüksək zirvələrdədir.

Natiq Hüseyn