• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 07.12.2018 22:37

Gəncədə zəncirvari qəza: 1 nəfər xəsarət aldı

KepezTV Player

Gəncənin Heydər Əliyev prospektində zəncirvari qəza qeydə alınıb. Gəncə sakini 19 yaşlı Orxan Quliyev "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun solunda dayanan şəhər sakini 33 yaşlı Adil Əliyevin "VAZ 2106" markalı avtomobilinə çırpıb. Zərbənin gücündən "VAZ" qarşıda olan "Hyundai Sonataya", o isə "Daewoo" markalı avtomobilə çırpılıb. Qəza zamanı "VAZ"-ın sürücüsü Adil Əliyev avtomobildə olub və o, müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu