• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 07.12.2018 13:44

Goranboy və Qazaxda tut tinglərinin əkininə başlanılıb

KepezTV Player

Çindən gətirilən tut tinginin ilkin olaraq 3 min ədədinin Goranboyda əkininə başlanılıb. Ümumilikdə isə rayonda 10 min tingin əkilməsi planlaşdırılır. Məqsəd barama qurdu üçün yaxşı yem bazası formalaşdırmaq və bu sahə ilə məşğul olan fermerləri tut tinglərinə olan marağının daha da artırmaqdır. Çindən gətirilən tinglər çox məhsuldar olduğu üçün əkildikdən bir il sonra yarpaqlamağa başlayır və bir ağacın məhsuldarlığı 5 kiloqrama yaxın olur. Hələ sovet dönəmində baramaçılığı bölgədə inkşaf etdirmək üçün Goranboy rayonunu Faxralı kəndi ərazisində 80 hektar tut bağı salınıb və bu bağın hazırda 33 hektarı tam bərpa olunaraq zənginləşdirilib.

Allahverdi Seyidov – mütəxəssis: “Bu tinglərin faydası ondan ibarətdir ki, böyüməsi üçün illərlə vaxt  gözlənilmir, budaması çox vəsait və vaxt aparmır. Bir başa budaqlardan yarpaqlar yığılaraq baramanın yemlənməsi aparılır. Hər bir təsərrüfatın məqsədi intensiv texnologiyaya keçməkdir. Bu tinglər sıx əkildiyindən əkinə yararlı olan torpaqlara qənaət etmiş oluruq və yarpaq məhsuldarlığını yüksəldirik. Bu baxımdan da Çindən gətirilən  tinglər çox faydalıdır.

Çindən ölkəmizə gətirilən tut tinglərindən Qazaxlı kümçülər də yararlanıb. Bu il rayona 10 min ədəd tut tingi gətirilib. Həmin tinglərin rayonun Yuxarı və Aşağı Salahlı, Qazaxbəyli və Kosalar kəndlərin ə əkilməsi planlaşdırırlar. Qazaxlı fermerlər yaxın 3 gün ərzində xarici tinglərinin əkinini başa çatdıracaq. Daha sonra isə rayona Ekologiya və Tibii Sərvətlər Nazilriyi tərəfindən daha 10 min  ədəd çəkil tinglərinin verilməsi planlaşdırılır. Ötən il Qazax rayonuna Nazirlik tərəfindən 4300, Çindən isə 3 min ədəd ting gətirilib. Qazaxlı kümçülər ötən mövsüm 5 ton barama planına qarşı 6260 kloqram məhsul istehsal edərək Şəki ipək zavoduna təhvil veriblər.

 

Natiq Hüseyn