• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2234
— 07.12.2018 13:06

İcazəsiz ov edən şəxslər saxlanılıblar

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən şəxsləri saxlayıblar. Brakonyerlərin Bakı şəhər sakinləri Cənnət Zamanov, Ruxi Hüseynov və Zərdab rayon sakini Cavid Sadıqov olduğu müəyyən edilib və onlardan ov tüfəngləri götürülüb.Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub, onlara ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq edilib.