• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 07.12.2018 13:10

Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb

KepezTV Player

Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21044" markalı avtomobilə "Qırmızı Körpü" gömrük postunda baxış keçirilib. Əvvəlcə şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerində 2320 ədəd pirotexniki vasitə aşkar olunub.Fakt araşdırılır.