• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2248
— 07.12.2018 10:03

Hibridli BMW i8 patrul maşını oldu

AC Schnitzer adlı alman atelye hibridli BMW i8 sportkarının bazasında patrul avtomobili hazırlayıb. Kupe TUNE IT! SAFE! adlı təhlükəsizlik tüninqi proqramı çərçivəsində ərsəyə gəlib. Bu proqram Almaniyanın tüninq şirkətləri Assosasiyası, eləcə də Almaniyanın nəqliyyat və rəqəmsal infrastruktur Federal Nazirliyi tərəfindən dəstəklənir. Konseptual polis maşınını Nürburqrinq trassında sınayıblar. Sportkara hətta adilərdən də yüngül 21 düymlük disklər geyindiriblər. Patrul avtomobil karbon lifdən yeni aerodinamik kuzov qazanıb. Buraya ön spoyler, kütləvi arxa antiqanadlar və üç komponentli diffuzor daxildir. Qapı tutqacları, yan güzgülərin korpusu, radiator barmaqlığının detalları və hava kanallarının üzlükləri də karbondan düzəlmədir.