• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 06.12.2018 17:07

"Könlüm keçir Qarabağdan" layihəsi çərçivəsində Gəncə Dövlət Filarmoniyasında musiqi gecəsi baş tutub

KepezTV Player

"Xan Şuşinski fondu"nun təşkil etdiyi tədbirdə milli musiqimizin və musiqi alətlərimizin qorunması, gənc nəslə milli musiqiyə olan marağın artırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibətinin dünya ictimaiyyətinə çatdırılmasının layihənin ana xəttini təşkil etdiyinə diqqət çəkilib. Sonra tarzən Fikrət Verdiyevin rəhbərlik etdiyi “Göygöl” Dövlət mahnı və rəqs ansamblının kollektivinin ifasında maraqlı və zəngin repertuar təqdim edilib. Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Rövşən Məmmədov və digərinin ifasında Azərbaycan muğamları ilə yanaşı səsləndirilən xalq və bəstəkar mahnıları tamaşaçıların zövqünə oxşayıb. Rəqs Ansamblının rəngarəng çıxışları da maraqla qarşılanıb.

Bəyimxanım Verdiyeva Xan Şuşinskinin qızı, "Xan Şuşinski Fondu"nun rəhbəri:"Fond yarandığı bir gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Bu günə kimi 7 uğurlu layihəyə imza atmışıq və fəxri diplomalarla mükafatlandırılmışıq. Layihələrimiz Respublikanın bölgələri ilə yanaşı dünyanın müxtəlif ölkələrində də nümayiş olunub. Bu gün isə qəhrəmanlar yurdu olan Gəncəmizdə belə bir tədbirin keçiriliməsindən fərəh hissi duyuruq ".