• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1934
— 06.12.2018 17:05

Goranboy yolunun kənarları yeni ağaclarla yaşıllaşdırılıb

KepezTV Player

Bakı-Qazax-Gürcüstanla dövlət sərhəddi avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsinin kənarları yeni ağaclarla yaşıllaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin işçiləri tərəfindən ağac əkini üçün nəzərdə tutulan ərazi təmizlənib və iqlim şəraitinə uyğun olan Eldar şamı, küknür, tuya, kiparis kimi həmişəyaşıl ağaclar əkilib. Bu ayın sonuna kimi 10 mindən çox ağacın əkilməsi planlaşdırılıb. İdarənin tingçilik təsərrüafatında becərilən ağaclar hesabına ilin əvvəlindən indiyə kimi qərb bölgəsinin magistral yollarının kənarına 28 mindən çox həmişəyaşıl və meyvə ağacları əkilib, suvarılması təmin edilir.

Mehman Musayev Tingçilik Təsərrüfatının sahə rəisi: Biz tingləri belə alırıq ki, yer şumlanır kübrələnir və sonra toxum səpilir. Toxuma aqro texniki qayda da qulluq olunur. Həmin toxum bir il müddətində becərildikdən sonra seyrəltmə işləri aparılır. Şitillər seyrəltdikdən sonra ona bir il müddətində aqrotexniki qayda da xidmət olunur. Xidmətdən sonra isə ağaclar bizim ərazilər yol kənarlarına köçürülür”.

Arif Əliyev bölmə rəisi:“Artıq 10 günə yaxındır ki, cəmiyyətimiz tərəfindən payız əkinlərinə start verilib. Hazırda da payız əkinləri davam etdirilir. Kəskin şaxtalar düşənədək əkin prosesini davam etdirəcəyik. Əkin proesisində bütün aqro texniki qaydalara riayət olunur. Normativlərə uyğun çalalar qazılır, ağaclar əkilir.”