• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2147
— 06.12.2018 16:54

Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Gəncədə vətəndaş qəbulu keçirib

KepezTV Player

Gəncə ilə yanaşı, Samux, Göygöl, Daşkəsən və Gədəbəy sakinləri, eləcə də qaçqın və məcburi köçkünlər şura sədrinə müraciət etmək imkanı qazanıblar. Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə Gəncədə vətəndaş qəbulu keçirib. Görüşdə xarici ölkələrdə təhsil alanların işlə təmin olunması, orta və ali ixtisas müəssilərində təhsil alanların köçürülməsi və Dövlət İmtahan Mərkəzinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər olunub. Qurum sədri Məleykə Abbaszadə bu il orta məktəblərin buraxılış imtahanında edilən yeniliklərdən də söz açıb.

Məleykə Abbaszadə DİM-in Direktorlar Şurasının sədri:“Bu il ilk dəfə olaraq biz xarici dildən dinləmə mətinləri vericəyik. Bunlar haqqında məlumatlar bizim internet saytımızda artıq yerləşdirilibdir və maraqlanan hər bir şəxs tanış ola bilər. Dövlət İmtahan Mərkəzini jurnallarında da bununla bağlı geniş informasiya verilibdir. Öz bilik və bacarığını hər bir şəxs sinaqdan keçirə bilər. Təbii ki, müəllimlər də öz şagirdlərinin bacarıqlarını bununla yoxlaya biləcəklər.