• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2313
— 06.12.2018 16:52

Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb

KepezTV Player

Yeni bölmənin yaradılması miqrasiya qanunvericiliyinin tələblərini pozan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrini təmin edəcək. Eləcə də onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasını asanlaşdıracaq. Bu həm də onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edir. 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək bölmə ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək. İlin sonunadək isə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Şıxlıdan öncə isə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsi fəaliyyət göstərir.

Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi: Burda həmçinin əcnəbilərin olduğu yer üzrə qeydiyyatı həyata keçiriləcək. yəni bilirsiz ki əcnəbilər ölkəmizə daxil olduqdan 15 gün sonra  olduğu yer üzrə qeydiyyata alınmalıdır. Yəni bu xidmət bölməsinin burada fəaliyyət göstərməsi o deməkdir ki ölkəyə səfər edən əcnəbi artıq dövlət sərhəddini keçdikdən sonra elə sərhəddəcə olduğu yer üzrə qeydiyyata alına bilər. Təbii ki rahat ölkəmizdə qala bilər. Həmçinin ölkəyə girirşi və çıxışı zamanı girişi çıxışı məhdudlaşdırılan şəxslərin narahatlıqları olduğu təqdirdə bu məsələlər yerində həll oluna bilinəcək. Bu şəxsin daha maneəsiz rahat çıxışını təmin ediləcək. Bu xidmət bölməsinin fəaliyyəti ölkəmizdə turizmin təşviqi istiqamətində olan tədbirlərə də töhvə verəcək. Ölkəmizə səfər edən şəxslərin məmnunluğunu artıracaqdır.