• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 06.12.2018 16:51

Tovuzda əhalinin su təchizatı yaxşılaşdırılır

KepezTV Player

Dövlət başçısının əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlarına uyğun olaraq Tovuzda icra olunan layihələr yekunlaşmaq üzrədir. Bu layihələrin icrası çərçivəsində yeni su mənbəyi yaradılır, rayonun 5 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət büdcəsindən ayrılan vəsait hesabına Zəyəmçay su mənbəyində yeni drenaj tipli sugötürücü qurğunun və magistral su kəmərinin tikintisi nəzərdə tutulub. Hazırda məhsuldarlığı saniyədə 100 litr olan sugötürücü qurğunun tikintisi işləri davam etdirilir. Tovuzda icra olunan digər layihə çərçivəsində isə içməli sudan ciddi əziyyət çəkən 5 kəndin problemi həll edilib.

Anar Cəbrayıllı "Azərsu" ASC-nin şöbə müdiri: Kəndlərin dayanıqlı su təminatının aparılması məqsədilə hər birinin tutumu 600 kubmetr 2 anbar da yenidən qurularaq istismara verilmiş, anbar ərazisində müasir hidrofor tipli nasos stansiyası quraşdırılmış, buradan kəndlərə magistral kəmər çəkilmişdir. Artıq kəndlərin hamısına suyun verilməsi təmin edilmiş, içməli sudan əziyyət çəkən 12 mindən çox sakinin problemi həllini tapmışdır. Tovuz şəhərinin su təchizatının yaxşılaşmasına hesablanmış layihə çərçivəsində Zəyəmçayın mənbəyində sugötürücü qurğunun inşasının isə gələn ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.