• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 06.12.2018 14:38

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

KepezTV Player

Paytaxın Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sulutəpə qəsəbəsində yolu keçmək istəyən Namaz Namazovu maşın vurub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər həyatı üçün təhlükə olmadığını bildiriblər. Polis əməkdaşları zərərçəkənin ifadəsini alıblar. Namazov qaranlıqda onu vuran maşını görmədiyini deyib. Qəzanı törədən avtomobili müəyyən etmək üçün ərazidəki nəzarət kameralarına baxış keçirilib. Faktla əlaqədar araşdırma aparılır.