• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2096
— 06.12.2018 10:49

SsangYong ən ekstremal Koreya yolsuzluq avtomobilini göstərdi

SsangYong şirkəti Rexton – DKR adlı yarış avtomobili nümayiş etdirib. Maşın ən ekstremal Koreya ofroudu adını alıb. O, yanvarda Peruda Dakar ralli-reydində iştirak edəcək. Arxa ötürücülü sportprototipin çərçivəsi xrom molibdenli boru kəmərindəndir. Yolsuzluq avtomobili 8 silindrli 450 at güclü benzin motorla hərəkətə gəlir. Mühərrik 6 pilləli ardıcıl sürət qutusu ilə birləşir. Arxada özü kilidlənən Torsen differensialı quraşdırılıb. Yarış ofroudu 1900 kiloqramdır. İlk “yüzü” yığmaq üçün ona 4,4 saniyə lazımdır. Saatda 195 kilometr isə onun maksimal sürətidir. Avtomobili ispan Oskar Fuertes idarə edəcək, şturman isə Dieqo Valexodur. Məhz bu ekipaj SsangYong Tivoli ilə ötən ilki Dakar yarışlarında iştirak etmişdi. Həmin vaxt onlar 32-ci yerlə kifayətlənmişdilər.