• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2125
— 06.12.2018 10:40

Toyota insanabənzər robot hazırlayıb

Toyota şirkəti ötən il təqdim edilmiş T-HR3 adlı insanabənzər  robotunu xeyli təkmilləşdirib. Əvvəllər bu robotu yalnız kabellə idarə etmək mümkün idi, amma Yaponiyanın NTT DOCOMO adlı ən böyük mobil operatoru ilə əməkdaşlıq nəticəsində indi həmin robotu beşinci nəsil şəbəkəsi üzrə məsafədən idarəetmə mümkündür. T-HR3 - üçüncü nəsil robot-humanoiddir. Robotun başına virtual reallıq dəbilqəsi taxmış operator xüsusi ekzoskeletdə yerləşir. Bu, operatora baş verənləri robotun "gözləri" ilə görməyə və onun hərəkətlərini yüksək dəqiqliklə idarə etməyə imkan verir. Operatorun ekzoskeleti T-HR3 robotundan taktil hisslər haqqında informasiya alır. Məsələn, əgər robot hava ilə doldurulan topu sıxırsa, o zaman insan məsafədən həmin topun ölçüsünü və sıxlığını hiss edə biləcək. Sınaqlar zamanı operator robotdan təxminən 10 km məsafədə olub. Onlar arasında əlaqə 5G şəbəkəsi üzrə yaradılıb.