• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 06.12.2018 13:26

Mənzillərdən və avtomobillərdən oğurluq edən şəxs yaxalandı

KepezTV Player

Abşeron polisi mənzillərdən oğurluq edən şəxsi ələ keçirib. Araşdırma zamanı məlum olub ki, əslən Mingəçevirdən olan Bakı sakini 32 yaşlı Səbuhi Mirzəyev Xırdalan şəhəri daxil olmaqla, bir çox kənd və qəsəbələrdəki 20-dən çox mənzildən və avtomobillərdən oğurluq edib. etdiyi məlum olub. Mirzəyev mənzillərə daxil olarkən əsasən oradan qızıl və pul götürdüyünü  etiraf edib. Aparılan istintaq tədbirləri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayan şəxsin Bakıda da evlərdən oğurluq etdiyi üzə çıxıb. Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.