• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 05.12.2018 14:30

Gəncədə Beynəlxalq Könüllülər günü qeyd olunub

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrindən ibarət Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı ilə keçirilən yığıncaqda, region gənclərinin respublikada keçirilən müxtəlif beynəlxalq tədbirlərdə uğurlu könüllülük fəaliyyətindən söz açılıb. Yeni yaradılan Aqrar İnkişaf Könüllülərinin də əsas məqsədi, aqrar sahənin inkişafı və bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına təkan verməkdir. Eləcə də innovativ texnalogiyaların və mövcud resusların səmərəli istifadəsini təbliğ etmək də aqrar inkişaf könüllülərinin əsas hədəfləri sırasındadır.

Valeh Əsədov - könüllü: Könüllülük bizim üçün əvəzi olmayan bir dəyərdir. Biz Aqrar İnkişaf Könüllüsü olaraq, aqrar sahədə içtimai dəstəyi göstərmək üçün fəaliyyət göstəririk.  Gəncə şəhərində bizim bir sıra fəaliyyətlərimiz olmuşdur.  Bundan başqa biz nəzərdə tutmuşuq ki, şəhərimizdə aqrqr sahənin populyarlaşdırılması məqsədi ilə bir sıra işlər həyata keçiririk.

Nurdanə Əhmədova - könüllü: Biz aqara inkişaf könüllüləri şəhərimizdə keçirilən layihələrdə çox iştirak etmişik. Könüllülük bizim üçün çox stimul verici bir hisdir. Cox xoşdur ki, Gəncədə beynəlxalq layihələr keçirilir. Mən fəxr edirəm ki aqrar inkişaf könüllülərinin bir üzvüyəm.