Uzun illərdir uyğunlaşdırılan binada fəaliyyət göstərən Tovuz rayonu Alakol kənd tam orta məktəbinin şagirdləri növbəti tədris ilindən etibarən müasir tələblərə cavab verən yeni binada təhsil alacaqlar. Bunun üçün Təhsil Nazirliyi tərəfindən sözügedən kənddə məktəb binasının inşasına başlanılıb. 648 şagird yerlik məktəb binası günün tələblərinə tam cavab verəcək. Tədrisin kefiyyətlə aparılması üçün 25 sinif otağı, fənn kabinetləri, labaratoriyalar, idman və akt zalı yaradılacaq. Məktəbin məişət problemlərinin həlli üçün su hovuzu və qazanxananın da inşa edilməsi nəzərdə tutulub. Tovuzda ümumilikdə 85 təhsil ocağı fəaliyyət göstərir.
Ələddin Həsənov - iş icraçısı: Tovuz rayonu Alakol kənd tam orta məktəbinin tikintisinə bu ilin oktyabr ayında başlamışıq. Növbəti ilin sentybar ayında istifadəyə verilməsi nəzərdə tutulub. İşlərimiz tam sürətlə gedir. Kifayət qədər işçi qüvvəmiz və texnikamız var.
Natiq Hüseyn
- Baxış: 610