• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 05.12.2018 12:57

Çoxmərtəbli binada yanğın: sakinlər təxliyə olundular

KepezTV Player

Abşeron rayonunda yanğın hadisəsi baş verib. Xırdalan şəhərində çoxmərtəbəli binanın 7-ci mərtəbəsində elektrik şitində başlayan alov qısa zaman ərzində 8-ci mərtəbəyə də keçib. Əraziyə FHN-in əməkdaşları cəlb ediliblər. Bina sakinləri təxliyə olunublar. Yanğının qarşısı alınıb, xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisə qısaqapanma nəticəsində baş verib. Faktla əlaqədar araşdırma aparılır.